Bakıda daxili karantin postları fəaliyyətə başladı 14 Dekabr 2020 10:45 Ölkə Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub. Karantin postlarına Daxili İşlər Nazirliyi əməkdaşları cəlb edilib. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür. Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir. Teqlər : #Bakıda,#daxili,#karantin,#postları,#fəaliyyətə,#başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti ilə bağlı məsələyə aydınlıq gətirilib Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılır