Bakıda dünən axşamdan başlayan güclü külək fəsadlara yol açıb

Bakıda dünən axşamdan başlayan güclü külək fəsadlara yol açıb

Musavat.com xəbər verir ki, güclü külək nəticəsində bir çox ərazilərdə ağaclar aşaraq avtomillərə ciddi ziyan vurub, reklam lövhələri uçub.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilirdi ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində küləyin gücünün arabir saniyədə 28 metrədək güclənəcəyi, yağış yağacağı, martın 20-də isə küləyin səngiyəcəyi gözlənilir.
 
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir: “Sürücülərdən xahiş olunur ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər.
 

Google+ WhatsApp ok.ru