Bakıda doğuş zamanı körpə ölümü baş verib 11 Noyabr 2016 02:00 Hadisə Bakıda doğuş zamanı körpə ölümü baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb. Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb. Məlumata görə, bu, qadının ilk hamiləliyi olub. Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. / Teqlər : #Bakıda doğuş zamanı körpə ölümü baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubaya yağan aramsız yağışlar nəticəsində daha bir ev çöküb - FOTO Bakıda minik avtomobili qatarla toqquşub, ölən və xəsarət alan var