Bakıda ekoloji fəlakət - Ağaclar kəsilir, zibillər dənizə tökülür - FOTO

Bakıda ekoloji fəlakət - Ağaclar kəsilir, zibillər dənizə tökülür - FOTO

Bakının Xətai rayonu ərazində Gəncə prospektində ağaclar kəsilir.
 
Maide.Az gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında yerləşən, Gəncə prospekti 30-da təqribən onlarla hektarlıq ərazidə hasara alınıb. Saytın yazdığına görə, ərazidəki ağaclar hissə-hissə kəsilir.
 
Sözügedən rayonun ərazinə düşən dəniz sahilində Heydər Əliyev adına Ali Hərbi Məktəbin də yerləşdiyi ərazidə isə ekoloji fəlakət yaşanır. İllərlə sahil zolağının qanunsuz satılması nəticəsində fəsadlar daha da böyüməyə başlayıb. Məlumata görə, ərazidəki yaşayış massivlərinin çirkab suları və zibilliklər dənizə tökülür. Nəticədə çirkaba və natəmizliyə görə sahilə yaxınlaşmaq mümkün deyil. /

Google+ WhatsApp ok.ru