Bakıda Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş olub 03 Dekabr 2019 12:04 Qarabağ xəbərləri Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş olub. Maide.Az xəbər veri rki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, iki ölkə arasında əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər barədə müzakirələr aparılıb. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb. Teqlər : #Bakıda,#Elmar,#Məmmədyarov,#və,#Sergey,#Lavrov,#arasında,#görüş,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın işğal olunmuş ərazilərində su obyektləri böyük antropogen təsirlərə məruz qalır - ETSN-nin şöbə müdiri ATƏT sədri: 'Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var'
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni