Bakıda etiraz aksiyası keçirilib

Bakıda bir qrup sahibkar Gömrük Komitəsinin qarşısında aksiya keçirirlər. Əsasən mobil telefon və telefon aksesuarlarının satışı ilə məşğul olan sahbikarlar gömrükdəki monopoliyaya etiraz edirlər.

Maide.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin qarşısında toplaşan sahibkarları ilk öncə Komitədə qəbul etmək istəməsələr də, əraziyə xeyli sayda jurnalistin toplaşdığını görə Komitə işçiləri narazı sahibkarların bir qismini qəbul etməyə məcbur olublar.

Qeyd edək ki, Komitə işçiləri jurnalistlərə qarşı kobudluq da ediblər.

Ətraflı məlumat birazdan xəbərə əlavə olunacaq. Deyerler.org /

Google+ WhatsApp ok.ru