Bakıda evin tək oğlunu ürəyindən vurdular

Bakının Nərimanov rayonunda qətl hadisəsi törədilib. 
 
Bıçaq yarası alan 32 yaşlı paytaxt sakini Əliyev Ramin Məzahir oğlu təcili olaraq 3 saylı Şəhər Xəstəxanına aparılıb.
 
Həkimlər tərəfindən müayinə olan zaman onun yolda dünyasını dəyişdiyi məlum olub. Hadisədən xəbər tutan Nərimanov Rayon Polis İdarəsinin və prokuroluq əməkdaşları qanlı hadisənin təfərrüatlarına aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, Ramin Əliyev şəxsi avtomobilində Ziya Bünyadov prosketində yaralı halda tapılıb.
 
İlkin məlumata görə, mərhum ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib. Xəstəxanada olan mərhum yaxınları bildirib ki, Ramin ailənin yeganə övladı olub. 
 
Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi üçün rayon hüquq mühafizə orqanları əməkdaşları gücləndirilmiş rejimdə işlərə başlayıblar. 
 
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. 
 
Araşdırmalar davam edir.

Google+ WhatsApp ok.ru