Bakıda fərdi yaşayış evlərinə su dolub

Noyabrın 2-dən yağan intensiv yağış Bakıda bir neçə fərdi yaşayış evinin su ilə dolmasına səbəb olub.Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə köməklik göstərilib. Əməliyyat saat 07:56-da başa çatıb. 
 
Nərimanov rayonu ərazisində isə evdən çıxması çətinləşmiş 5 nəfərə köməklik göstərilib. Əməliyyat saat 04:55-də başa çatıb.

Google+ WhatsApp ok.ru