Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda yeni tikilən binada ölümlə nəticələnən hadisə baş verib.
 
Səbail rayonu, Neftçi Qurban küçəsində tikilməkdə olan hündürmərtəbəli binanın həyətində tikinti işləri görülən zaman yük avtomobili arxaya sürülərkən işçilərdən biri maşının altında qalaraq vəfat edib.
 
Hadisə təxminən 1 saat əvvəl baş verib.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Ölən şəxsin kimliyi müəyyənləşdirilir. /qafqazinfo /
 

Google+ WhatsApp ok.ru