Bakıda fəhlə tikilməkdə olan binanın 11-ci mərtəbəsindən yıxılıb öldü 15 Sentyabr 2020 12:32 Hadisə Bakıda tikintidə faciə baş verib. Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 14-də saat 10 radələrində Yasamal rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada baş verib. Həmin binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən olunub ki, Yasamal rayonu ərazisində “AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan hündürmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Teqlər : #Bakıda,#fəhlə,#tikilməkdə,#olan,#binanın,#11ci,#mərtəbəsindən,#yıxılıb,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda daha bir sərnişin avtobusu yanıb Güclü külək Zaqatalada fəsadlar törədib Hadisə Küveytdə neft emalı zavodunda yanğın baş verib Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb Aeroport yolundakı qəzada 21 yaralı, 5 nəfər həyatını itirib - YENİLƏNİB Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB Livanda neft anbarında yanğın olub Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var Yaponiyada zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb Yaponiyada zəlzələ olub, xəsarət alanlar var Peyğəmbərin karikaturalarının müəllifi maşında yanaraq kül oldu - FOTO/VIDEO Venesuelada neft kəməri partlayıb Ekvador həbsxanasında toqquşmada ölənlərin sayı 100-ü keçib Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var Əfqanıstanda partlayış olub, ölənlər var Leysan yağışlar Balakən və Zaqatalada infrastruktura ziyan vurub Batumini su basıb - FOTO Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var - VIDEO Kanar adalarındakı vulkan 100-dən çox evi yandırıb Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Daşkəsənə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib Bakıda ağaclıq ərazidə yanğın başlayıb Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölən var Çində güclü zəlzələ baş verib, ölənlər var Ukraynada terror aktı: Ölənlər var - VİDEO Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB - 2 Bolqarıstanda silah zavodu partlayıb - Ölən var Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNİB Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub Günvurmalarla bağlı müraciətlərin sayı açıqlanıb Haitidə fövqəladə vəziyyət rejimi tətbiq edilib Rusiyada avtobusda partlayış: 18 yaralı, 1 ölü Rusiyada göyərtəsində 16 nəfərin olduğu helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var Türkiyədə sel və torpaq sürüşməsi (VİDEO) İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır Yardımlı meşəsində YANĞIN Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb