Bakıda güclü külək 20-yə yaxın ağacı aşırıb 13 İyul 2019 12:45 Hadisə Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb. Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib. O.Məmmədov sağlam ağacların da küləyin təsirindən aşdığını söyləyib. Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını vurğulayıb. Teqlər : #Bakıda,#güclü,#külək,#20yə,#yaxın,#ağacı,#aşırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb Şəkidəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA - 4 nəfərin vəziyyəti ağırdır (YENİLƏNİB 2) - VİDEO