Bakıda güclü külək ağacları aşırdı

Bakıda güclü külək ağacları aşırdı

Ötən gündən başlayan güclü külək Bakıda üç ağacı aşırıb.
 
Musavat.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
 
Onun sözlərinə görə, səkkiz ağacın budaqları sınıb:
 
“Ağacların budaqlarının sınması halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında daha çox müşahidə olunub”.
 
O qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:
 
“Həm külək, həm də yağış müşahidə olunur. Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında saxlamasınlar”.
 

Google+ WhatsApp ok.ru