Bakıda güclü partlayış: ÖLƏNLƏR VAR

Bakıda güclü partlayış: ÖLƏNLƏR VAR

-- Binəqədi rayonu ərazisində

Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş partlayışda ölənlərin sayı dəqiqləşib.
 
Maide.Az "Lent.az"-a isitnadən xəbər verir ki,  "Elite" ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən kiçik obyektdə qaz sızmasından baş verən partlayış səbəbindən 2 nəfər hadisə yerində ölüb.
 
Hər iki şəxs yanaraq ölüb. Vizual olaraq onların kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
 
Report-un məlumatına görə, Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.
 
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Report-a  məlumat verib.
 
Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.
 
Qeyd edək ki, hadisə zamanı iki yaralı xəstəxanaya aparılarkən yolda ölüb. 
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib. Əlavə məlumat veriləcək. 
 

Google+ WhatsApp ok.ru