Bakıda həbsxanada məhbuslar arasında dava

Bakıda həbsxanada məhbuslar arasında dava
 
Bakıda həbsxanada dava düşüb.
 
Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisində baş verib.
 
Müəssisədə cəza çəkən 1983-ci il təvəllüdlü Emzar Səlifov digər məhbus 1977-ci il təvəllüdlü Vitaliy Aleksandroviç Zabolotskini döyüb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru