Bakıda həkim gənci ölümcül yaraladı, polis onu niyə həbs etmir?

Bakıda həkim gənci ölümcül yaraladı, polis onu niyə həbs etmir?

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) həkimi Qafar Cəfərov Röyal Ağayev adlı gəncə ağır bədən xəsarəti yetirərək cinayət törətsə də polis onu həbs etməkdən boyun qaçırır.
 
Maide.az-a zərərçəkənin qardaşı məlumat verib.
 
Onun sözlərinə görə hadisəyə səbəb qardaşının 2 yaşlı oğlunun əlindən düşən oyuncaq olub. “Uşaq oynayan zaman əlindəki oyuncaq balkondan yerə düşüb. Bu zaman həkim Qafar Cəfərov yaşadığı mənzilin giriş hissəsində qeyri-qanuni tiklinin üstünə düşüb.  Qafar Cəfərov isə evindən çıxaraq 2 yaşlı uşağa söyüş söyərək daş götürərək balkona tərəf atıb. Səsə çıxan qardaşım Röyal Ağayev həkim Cəfərovun qapısını döyərək hadisənin mahiyyəti barədə öyrənmək istəyib. Lakin gözlənilmədən Qafar Cəfərov kəsici alətlə qardaşıma hücum edib. Onun sinəsinə zərbələr endirərək xəsarət yetirib. Çoxlu qan itirmədən vəziyyəti pisləşən qardaşımı təcili olaraq Sabunçu xəstəxanasına çatdırdıq. Həkimlər yubanmadan əməliyyat etdilər və qardaşımın həyatını xilas etmək mümkün oldu.”
 
Zərərçəkən tərəf isə hüquq-mühafizə orqanlarının işə səhlənkar yanaşmasından şikayətçidir. Belə ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar Xəttinə zəng edərək məlumat verən zərərçəkən deyir ki,  24-cü  polis bölməsindən xəstəxanaya gələn müstəntiq qardaşıma ölümcül xəsarət yetirən Qafar Cəfərovun həbs edə bilməyəcəklərini deyib. Əsas isə onun həkim olduğu üçün iş başında olmalı olduğun qeyd edib. 
 
“Qanun hamı üçündür. İndi həkim olduğu üçün cinayət törədə bilər? Bu nə deməkdir. Niyə 24-cü polis bölməsi işə laqeyd yanaşır? Axı bu adam kimdir ki, ölkə qanunlarını rahat şəkildə pozur, ona gözün üstə qaşın var deyən olmur? Dəfələrlə 102 qaynar xəttə zəng edib müraciət etmişik. Amma bu adam hələ də azadlıqda gəzir. Bu azmış kimi həkimin xaricdə təhsil alan oğlu zəng edərək bizə hədə-qorxu gəlir. Deyir ki, atam sizinlə “haqq-hesab edib, yoxsa özüm gəlib ölçü götürəcəkdim.” 
 
Şikayətçi aidiyyatı qurumlara müraciət edərək qanunun onun hüquqlarının qorunmasında yardımçı olmasını istəyir.
 

Google+ WhatsApp ok.ru