Bakıda hava hələ uzun illər çirkli olacaq

Bakıda hava hələ uzun illər çirkli olacaq

Bakıda havanın çirkli olması hamıya məlumdur. Bu səbəbdən imkanlı vətəndaşlar şəhər ətrafında ev almağa üstünlük verirlər ki, sakit və təmiz atmosferdə yaşasınlar, lakin paytaxta işə gəlmək üçün vaxt və pul sərf edirlər.
 
Bakıda havanın çirkliliyinin dəqiq göstəriciləri "Xəzər" Universitetinin tədqiqatçıları tərəfindən müəyyən edilib. Onlar havanın keyfiyyəti ilə bağlı Avropa indeksini tətbiq ediblər. Bu zaman havada yerüstü ozon, azot dioksidi, ağır çöküntü materialları və kükürd dioksidin tərkibi nəzərə alınır. İndeks göstəriciləri "çox yaxşı"dan "çox pis" arasında dəyişir.
 
Təmiz hava Abşeron yarımadasının şimalında Buzovna və Mərdəkan qəsəbələrində qeydə alınıb. Digər yerlərdə, şəhərin mərkəzi rayonları da daxil olmaqla, indeks dəyəri dörd və beş arasında dəyişir.
 
Laboratoriyada bunu onunla izah edirlər ki, Azərbaycanda avtomobil olduqca çoxdur - 10 milyon əhaliyə bir milyon 200 min. 1990-cı ildə onların sayı 22 min olub, - "Xəzər" Universitetinin mütəxəssisləri bildiriblər.
 
Dövlət bu məlumata qarşı nə iş görür? Bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri min ağac əkməyin və mövcud olanları qoruyub saxlamağın vacibliyini xatırladıb. Amma müntəzəm olaraq mətbuatda Bakıda ağacların qanunsuz kəsilməsi faktlarına dair məlumatlar yayılır.
 
Yol polisi və Bakı Şəhər İcra Hakimiyyəti sürücülərin ənənəvi mühərrikləri olan avtomobillərdən imtina etməsi və velosipedlərə keçməsinin vacibliyindən çox danışırlar, ancaq indiyədək Bakıda avtomobil yollarında velosiped zolaqları yoxdur. Velosipedləri təhlükəsiz yalnız parklarda və bulvarda sürmək mümkündür.
 
"Azərbaycana hibrid avtomobillərin gətirilməsi stimullaşdırılır. Azərbaycana gətirilən elektromobillərə yalnız 15% həcmində ƏDV tətbiq olunur", - ekologiya və təbii sərvətlər naziri bildirib.
 
Lakin Bakıda hibrid və elektrik avtomobilləri çox azdır, ölkənin digər şəhərlərində və kəndlərində isə belə maşınlar yoxdur, ümumilikdə, bütün ölkə boyunca Gürcüstanda olduğundan xeyli azdır,- qonşu dövlətə səfər edən turistlər deyirlər. Azərbaycanın yol polisi ölkədə ekoloji cəhətdən təmiz avtomobillərin sayı barədə statistikaya malik deyil.
 
Ekoloji baxımdan təmiz maşınların sayının az olmasının səbəbi odur ki, ölkədə belə maşınların istismarı üçün müvafiq infrastruktur yaradılmayıb. H.Əliyev Mərkəzinin yaxınlığında və H.Əliyev prospektində SOCAR Petroleum-un iki yanacaqdoldurma məntəqəsində elektrik və hibrid avtomobillər üçün xüsusi stansiyalar yaradılıb. Hər ay həmin yanacaqdoldurma məntəqələrində elektrobatareyalara qoşulan avtomobillərin sayı ondan çox olmur. "Hələlik bu qurğulara olan tələb çox yüksək deyil. Xidmət pulsuzdur.
 
"Əgər "Tesla" şirkətinin istehsalı olan elektrik avtomobili 220 Voltluq şəbəkədən 12 saat ərzində doldurulursa, bizim İspaniya istehsalı olan "super- charge" enerji qurğusu avtomobilin 15 dəqiqə ərzində enerji ilə yüklənməsinə imkan verir", - SOCAR Petroleum-un nümayəndəsi Üzeyir Həbibbəyli bildirib.
 
Enerji yüklənməsi prosesinin uzun sürməsi və Bakıda belə stansiyaların çatışmazlığı, üstəlik paytaxtdan kənarda olmaması Azərbaycanda elektromobillərin populyarlığının aşağı olması ilə izah edilir. Bu aspektdə Çin modeli olan hibrid avtomobillərə tələb şübhə doğurur. Belə ki, Naxçıvan avtomobil zavodunun direktoru belə avtomobillərin hazırlanmasını vəd edir.
 
Sovet Azərbaycanında ictimai elektronəqliyyat şəbəkəsi inkişaf etmişdi. SSRİ-nin süqutundan sonra Bakıda tramvay və trolleybuslar ləğv edildi. Relslər hara yoxa çıxdı, mexanizmləri, naqilləri kimə satdılar? Bu işdən kim varlandı ki, indi Bakıda adamlar qaz tullantıları ilə nəfəs alır. Bu il ilk dəfə olaraq Belarusdan Gəncəyə bir neçə elektrobus gətirilib, ancaq hələlik bu şəhərin küçələrinə buraxılmayıb. Gəncə avtomobil zavodunda Minsk modeli elektrobusların istehsalı planlaşdırılır.
 
Yol polisi Bakıda təmiz havaya səbəb olacaq tədbirlərin görülməsi barədə vədlərini yerinə yetirməyib. Bayramlar ərəfəsində əyalətlərdən gələn avtomobillərin gündüz paytaxta girişinin qadağan edilməsi barədə məlumatlar verilir, lakin avtomobillərin qeydiyyat nömrələrindən aydın olur ki, bu ayrı-seçkilik metodu yerinə yetirilmir.
 
Avropa şəhərlərində tətbiq edilən qadağanı - cüt günlərdə tək qeydiyyat nömrələri olan nəqliyyat vasitələrindən, tək günlərdə isə cüt nömrəli avtmobillərdən istifadəni tətbiq edilməyib. Bu qadağanedici tədbir şəhərdəki avtomobillərin sayını iki dəfə azalda bilər.
 
Həmçinin Moskva və İstanbulda özünü yaxşı doğrultmuş avtobuslar da tətbiq edilmir. Belə ki, bu avtobuslar ayrıca, yəni, digər maşınlar üçün qadağan edilmiş şəhər xətləri ilə hərəkət edirlər. Avtomobil sahibləri belə avtobuslara otura bilər, belə ki, ayrıca xətt üzrə getmək avtobusa tez və tıxac olmadan hərəkət etməyə imkan verir.
 
Təbii və təmiz mənbələrdən elektrik enerjisi istehsalı da inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə çatmır. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda külək enerjisi generasiyası gücləri tərəfindən 14,1 milyon kilovatt-saat elektrik enerjisi istehsal olunub, günəş enerjisi generasiyası gücləri tərəfindən isə 23,4 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib, Dövlət Statistika Komitəsi bildirib. /contact.az/ 
 

Google+ WhatsApp ok.ru