Bakıda heyvanlar tərəfindən meyiti parçalanmış şəxsin kimliyi müəyyənləşib

Bakıda heyvanlar tərəfindən meyiti parçalanmış şəxsin kimliyi müəyyənləşib

Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib.
 
Maide.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib.
 
Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikolayeviç Bakay olması müəyyən edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. /

Google+ WhatsApp ok.ru