Bakıda hüquq-müdafiəçisinə silahlı hücum - Foto

Azərbaycanda hüquq müdafiəçisinə sui-qəsd olunub.
Avropa.info xəbər verir ki,  Sosial Hüquqların Monitorinq Qrupunun  rəhbəri  Azad İskəndərliyə  sui-qəsd  edilib.
Hüquq müdafiəçisinin oğlunun saytımıza verdiyi  məlumata görə, hadisə dünən axşam saatlarında Bakı şəhərində , Babək prospektində yerləşən "Sərin" şadlıq evinin önündə baş verib. Azad  İsgəndərli toy məclisindən  çıxarkən ona hərəkətdə olan BMV avtomobilindən "Vincesrt" markalı silahdan iki dəfə atəş açılıb.
Azad  İsgəndərli  avtomobilinə yaxınlaşarkən atəş açıldığından hüquq müdafiəçisi yerə oturub. Verilən məlumata görə avtomobildə ciddi xəsarət var. Azad İsgəndərli   ağır şəkər xəstəsi olduğundan şəkəri qalxmış  halda, hal hazırda Şirvan şəhərindəki evindədir . Hazırda həkim müayinəsindədir. Həkim müayinəsi bittikdən sonra hüquq mühafizə orqanlarına rəsmi müraciət ediləcəyi  bildirilib. /
 

Google+ WhatsApp ok.ru