Bakıda iki sərnişin avtobusu toqquşdu - 11 yaralı 01 Sentyabr 2017 01:00 Hadisə Paytaxtın Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub. Maide.Az Report-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb. Xəsarət alanların ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdrıma aparılır. Teqlər : #Bakıda iki sərnişin avtobusu toqquşdu 11 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubada itkin düşmüş azyaşlı tapılıb Qəbələdə meşə yanğınları hələ də davam edir