Bakıda inşa edilən Qafqazın ən böyük məscidi ilə bağlı şok iddia

Azadxeber-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin dünən Binəqədi rayonun ərazisində inşa edilən və Qafqazın ən böyük məscidi olacaq ibadət kompleksində görülən işlərə baş çəkməsi barədə məlumat vermişdik. 

Lakin sözügedən məscid kompleksi ilə bağlı redaksiyamıza maraqlı və senssasiya doğuracaq məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Qafqazın ən böyük ibadət ocağı olacaq kompleksin 3 milyon dollar müqabilində türklərə verilməsi təklif olunub. Hətta bununla bağlı aidiyyəti qurumların və məsul şəxslərin razı salındığı bildirilir. 

Mənbənin bildirdiyinə görə, hətta məscidin açılışı üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi gözlənilir. Təbii ki, türk hocalarının sünni əqidəsinə sahib müsəlmanlar olduğunu və paytaxt Bakı sakinlərinin isə böyük əksəriyyətinin şiə inancının daşıyıcıları olduğunu nəzərə alsaq, belə bir təyinatın ciddi narazılıq yaradacağını bəri başdan demək elə də çətin deyil.”

Xatırladaq ki, məscidin təməl qoyma mərasimi Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər əsnasında baş tutmuşdu və baş nazir, prezident İlham Əliyevlə birgə məscidin təməl qoyma mərasiminin açılışı etmişdi. 

Məsələyə aydınlıq gətirmək üçün QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaq saxlamağımıza baxmayaraq, telefon zənglərimiz cavabsız qaldı. /   

 

Google+ WhatsApp ok.ru