Bakıda insan orqanı `alverçi`ləri saxlanılıblar

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən bildirilib ki, bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair elanlar vurulmuşdu. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olmuşdu.
 
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılmışlar.
 
Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildirmişlər.
Həmin şəxslər əməllərindən səmimi peşimançılıq keçirmiş, etdikləri hərəkətlərə görə üzr istəmişlər.

Google+ WhatsApp ok.ru