Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır

Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır

Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.
 
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agnetliyindən(BNA) bildiriblər. Qeyd olunub ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır:
 
"Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib".
 

Google+ WhatsApp ok.ru