Bakı dairəvi yolunda sürət həddi dəyişdirildi 12 Yanvar 2015 02:00 Ölkə Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib. Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ və orta yol üçün 60 km/saat, sol yol üçün isə 80 km/saat göstərilib. Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub. Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir. Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb. Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək. Teqlər : #Bakı dairəvi yolunda sürət həddi dəyişdirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın kompüter satışı ilə məşğul olan mağazalar nəzarətə götürülür 20 Yanvardan avtobuslar yığışdırılır - REYD