Bakıda küçə adları və reklamların monitorinqinin nəticələri bu həftə açıqlanacaq

Bakının Nərimanov, Nəsimi və Səbail rayonlarında küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə ilə keçirilən monitorinqin nəticələri bu həftə açıqlanacaq. Bu barədə Maide.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
 
İnstitutdan bildirilib ki, monitorinqin nəticələrinin ictimaiyyətə çatdırılması məqsədi ilə 9 dekabr saat 12.00-da mətbuat konfransı keçiriləcək.
 
Qeyd olunub ki, monitorinq 2014-cü ilin sentyabrından 2015-ci ilin oktyabrına qədər keçirilib.

Google+ WhatsApp ok.ru