Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO

Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO

Bakıda küçəni zibilləyən sürücüyə cəza tətbiq edilib.     
 
Maide.Az bildirir ki, avtosfer.az yanvarın 18-də "Sahil" metrosunun qarşısında 01-BO-401 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün küçəni zibilləməsi haqqında videomaterial paylaşmışdı.
 
Paylaşılan məlumat əsasında qeyd olunan avtomobilin sürücüsü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunaraq törətdiyi inzibati xətaya görə 40 manat cərimə edilib.
Sürücünün özü də sözügedən sayta inzibati məsuliyyətə cəlb olunması haqqında məlumatı təsdiq edib.
 
Sürücü etdiklərinə görə peşman olduğunu və bir daha belə iş görməyəcəyini bildirib. /

Google+ WhatsApp ok.ru