Bakıdakı ikinci metro terrorundan 25 il ötür

Bakıdakı ikinci metro terrorundan 25 il ötür

3 iyul saat 8.30 "28 May" stansiyasından çıxmış qatarın ikinci vaqonunda partlayış ondan sonra isə yanğın baş verir, terror aktı nəticəsində 13 nəfər həyatını itirir 58 nəfər yaralanır.
 
Terror aktını törədməktə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı, Azər Aslanov Moskvada həbs olunur və Azərbaycana ekstradisiya edilir.
 
1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı Metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülür.
 
İstintaq nəticəsində müəyyən edilib ki, 13 yanvar 1994-cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov, Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Bakı Metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub.
 
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır və o, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında İnterpolun xətti ilə beynəlxalq axtarışa verilir. Daha sonra Balayan MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.
 
2001-ci ildə Ermənistanın müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.
 
Qeyd edək ki, 3 iyul metro terroru ikinci belə hadisə idi. Birinci hadisə isə mart ayının 19-da metronun "20 Yanvar" stansiyasında baş vermişdi. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. Partlayışdan sonra "Sadval" separatçı qrupunun 11 üzvü həbs olunub. Onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarmışdır, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar. /faktxeber
 

Google+ WhatsApp ok.ru