Bakıda külək güclənəcək

Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında aprelin 22-də əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi güclənəcək. Gecə 5-8, gündüz 12-16 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında aprelin 22-də bəzi yerlərdə şimşək caxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru