Bakıda klinikada ölüm: əməliyyatdan 10 saat sonra keçindi 05 Oktyabr 2018 01:00 Hadisə Bakıda klinikada ölüm hadisəsi baş verib. Maide.Az Trend-ə istinadən xəbər verir ki, hadisə "Elmed" Klinikasında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb. H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib. Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb. Teqlər : #Bakıda klinikada ölüm: əməliyyatdan 10 saat sonra keçindi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tovuzda DƏHŞƏT: 37 yaşlı kişinin üstünə benzin töküb yandırdılar Daha bir məktəbdə uşaq ölümü baş verdi