Bakıda kran aşdı, ölən var- YENİLƏNİB2/Video

Bakıda kran aşdı, ölən var- YENİLƏNİB2/Video

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.
 
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.
 
Hadisə nəticəsində 1 nəfər - kranın sürücüsü dünyasını dəyişib. 8 mərtəbəli yaşayış binasının sonuncu mərtəbələrində olan iki mənzilin damına ziyan dəyib.
 
***
Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb. 
 
O qeyd edib ki, hadisə bir az əvvəl baş verib. Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələri xahiş edilib.
 
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub.
 
Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
 

***

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

 
Maide.Az xəbər verir ki, şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında baş verib.
 
Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

 

Google+ WhatsApp ok.ru