'Əhmədli' metrostansiyasında şaxtada qısaqapanma olub

'Əhmədli' metrostansiyasında şaxtada qısaqapanma olub

Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.
 
Madie.Az xəbər verir ki, "Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub.
 
Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.
 
Metropolitenin iş rejimində dəyişiklik yoxdur.
 

Google+ WhatsApp ok.ru