Bakıdakı yanğında 10 nəfər ölüb – Yenilənib 6– Fotolar

15.20 - Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin 15 nəfərə yüksəlib, 61 nəfər xəsəsat alıb
 
15:06   Ölənlərin sayı 10-a, xəsarət alanların sayı 43-ə çatdı
 
14:50  Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov:  “Bakıda baş verən yanğın hadisəsi çox dəhşətlidir. Bütün bina faktiki olaraq külə döndü. Bu, yolverilməz və çox ciddi məsələdir. Əhalini təhlükəyə atmaq, daim təşviş içərisində saxlamaq qətiyyən yolverilməzdir”.
 
13.26 -  Zakir Qaralov binanın yanmasına səbəb kimi üzlüyün keyfiyyətsiz olmasını göstərib.
 
13.18 - Baş prokuror Zakir Qaralovun açıqlamasında bildirib ki, Bakıda binada baş verən yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
 
12.56 - Səhiyyə Nazirliyinin açqıalamasına görə, yanan binadan xəstəxanalara ümumilikdə  hələlik 17 nəfər gətirilib ki, onlardan da 2-si dünyasını dəyişib.
***
Binəqədi Rayon Yanğından Mühafizə Xidmətindən Maide.az-a verilən məlumata görə, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınan yanğının söndürülməsi üçün 3-cü dərəcəli çağırış edilib.
 
Hazırda rayon üzrə bütün yanğınsöndürmə xidməti əraziyə cəlb edilib. Binadakı insanlar təxliyyə üçün tədbirlər görülür.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yanğın olan ərazidəki yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru