Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunub - FOTO

11.35 - Bakı Şəhəri üzrə Təhsil İdarəsi  51 nömrəli məktəblə bağlı məlumat yayıb.
 
İdarədən verilən məlumatda bildirilir ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib.
 
Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq.
 
***
11.20 - Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv/m sahəni əhatə edib.
 
Həyata keçirilən tədbirlər nəticəsində şagirdlər təxliyə olunub və yanğın söndürülüb. Xəsarət alan yoxdur.
 
***
Bakıda məktəbdə yanğın başlayıb.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.
 
Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.
 
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.
 
 
 

Google+ WhatsApp ok.ru