Bakıda məktəbdə yanğın

Bakıda məktəbdə yanğın

Bakının Xətai rayonunda yerləşən 264 nömrəli məktəb-liseydə yanğın baş verib.
 
Lent.az-ın məlumatına görə, yanğın məktəbin bufetindən başlayıb. Məktəbin aşağı mərtəbəsindəki bir sıra otaqlara da zərər dəyib.
 
Hadisənin məktəbdəki elektrik xətlərində yaşanan qısaqapanmadan törəndiyi bildirilir.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov açıqlamasında bildirib:
 
"Məktəbin zirzəmisində tüstülənmə olub. Yanğınla bağlı məktəbə yanğınsöndürən maşın göndərilib. O vaxta kimi məktəbin əməkdaşları yanğını artıq özləri söndürüblər". /

Google+ WhatsApp ok.ru