Bakıda müəllim şagirdi döydü - uşaq kəllə beyin travması aldı 12 Aprel 2019 12:01 Hadisə Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb. Maide.Az-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub. Teqlər : #Bakıda,#müəllim,#şagirdi,#döydü,#uşaq,#kəllə,#beyin,#travması,#aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib Bakıda yol qəzası baş verdi, ölən var