Bakıda mağazadan 40 min manat oğurlanıb

Bakıda mağazadan külli miqdarda pul oğurlanıb.
 
Yasamal Rayon Polis İdarəsindən Maide.az-a verilən məlumata görə, hadisə avqustun 3-də qeydə alınıb. Cəmaləddin Babayevə məxsus mağazadan 40 min manat naməlum şəraitdə oğurlanıb.
 
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini Murad Novruzov və Xırdalan şəhər sakini Rövşən Quliyev tutulub.

Google+ WhatsApp ok.ru