Bakıda İmam Museyi Kazımın (ə) şəhadəti qeyd edildi - FOTO

Bu gun Azərbaycan İslam Partiyasının (AİP) təşəbbüsü ilə İmam Museyi Kazımın (ə) şəhadəti münasibətilə "Mədinə gül" restoranında böyük tədbir keçirilib.
 
Mərasimdə Azərbaycanın ictimai-siyasi xadimləri, ruhani alimlər və inanclı kəsim iştirak edib.
 
Tədbir Qurani-Kərimin "Zumər" surəsindən ayələrin tilavəti ilə başlayıb. 
 
İlk növbədə AİP-in sədr əvəzi Elçin Manafov mərasimə gələn qonaqlara bu kədərli gün münasibətilə başsağlığı verib. O, 7-ci imamın ən çox məhbus həyatı yaşamasını xatırladaraq, bu böyük şəxsiyyətin məhz həbsxanada dünyasını dəyişməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
 
Hazırda həbxsana həyatı yaşayan yüzə yaxın inanclının və hicab məhbuslarının azadlığını arzu edən Elçin Manafov Şeyx Nimr kimi böyük alimə qarşı zalım bir hökmün ləğv olunması üçün də dua edib.
 
Höccətül İslam vəl muslimin Sərdar Hacıhəsənli çıxışında İmam Museyi-Kazimin həyat yoluna toxunaraq, onun 35 il imamət məqamını, zəmanəsində məruz qaldığı haqsızlıqlardan danışıb: “Onu həbs edənlər bilirdi kimi həbs edirlər. Harun ər-Rəşid İmamı oruc halında həbs etdi. İmamın həbsxanaları tez-tez dəyişdirilirdi. Hər dəfə də vəziyyətini çətinləşdirirdilər. 
Sonda hakimiyyət onun yoxluğuna qərar verdi. Bütün bunlar onun cinayət törətməsinə görə deyildi. İmamın yeganə günahı onun varlığı idi. Çünki zalım və fəsad arasında bu pak varlıq, Peyğəmbər (s) ailəsinin nümayəndəsi bir maneə idi. O, paklıq və ləyaqət nümunəsi idi. Çünki bu insanın varlığı xalqın gözünün açılmasına səbəb olacaqdı. İmam həbsxanada Rəcəb ayında, oruc ağızla şəhid edildi. İmam deyirdi ki, bir mömin dünyadan gedərsə, göyün və yerin mələkləri ona ağlar”.
 
Mərasimə qatılan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu kimi mərasimlərin böyük tərbiyəvi əhəmiyyətini qeyd edib.
 
O, bu günki gündə harunların sağ olduğunu və Şeyx Nimr kimi bir din aliminə həbsxanada ölüm hökmü verilməsini, o dövrün tarixinin davamı adlandırıb. 
 
Tədbirin digər iştirakçısı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı haqq yolunda həbsxanada yatan insanların bu ideaları yaşatmaq uğrunda mübarizəsini yüksək qiymətləndirərək, biganəliyi insanların ən böyük faciəsi adlandırıb: “Bu gün İslam dünyası hədəfə alınıb. Dünyanın sağlam qütbü qüdrətləri qane etmir. Müsəlman dünyasında birlik olsa, onun çox problemləri həllini tapar”.
 
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri İlqar İbrahimoğlu bu müqəddəs ayın fəzilətlərinə toxunub. O, dünyada baş verən hadisələrdən danışaraq, İraq, Suriya, Yəmən kimi münaqişələrdə Allaha bağlanaraq, müsəlmanların böyük qələbələr əldə etməsinin zamanının artıq gəldiyini bildirib: “Xoş olsun daha yeni şəhidlərə. İmamlarımızın toplumların gözünü açma qabiliyyətləri var. Ona görə bu insanlar daim zülmlərə məruz qalıb.
İmam buyurub: “O kəsin ki, iki günü eyni olar, nöqsandadır. O insanın ölümü həyatından daha üstündür”.
1

 2

6

 

 5

24

25

26

14

 

 

17

18

19

 

 

22

 

 

 

Google+ WhatsApp ok.ru