Bakıda İmam Rza (ə) şəhadəti münasibəti ilə film nümayiş olunacaq

Dekabrın 23-də (30 səfər ) imam Rzanın (ə) şəhadət günüdür.
Maide.az-ın  məlumatına görə, İmam Rza (ə) şəhadət günü münasibəti ilə Bakıda İranlı rejissor Həsən Nəcəfinin cəkdiyi və Azərbaycanlı aktyorların da iştirak etdiyi “Səkkizinci səma” filmi  nümayiş olunacaq.
Film  dekabrın 23-də Şəhriyar Mədəniyyət Evində  saat 15:00-da  İmam Rzanın (ə) şəhadəti ilə əlaqədar keciriləcək tədbir çərçivəsində nümayiş olunacaq.
Tədbirdə filmin yaradıcı heyəti iştirak edəcək.
Qeyd edək ki, İran kinematoqrafçılarının çəkdiyi Səkkizinci Səma bədii filmində  Azərbaycanlı aktrisa Xalidə Quliyeva əsas rolda oynayıb. /

 

Google+ WhatsApp ok.ru