Bakıda `İmam Xomeyninin (r.ə) təfəkküründə sülh` konfransı keçirilib

İslam İnqilabının banisi İmam Xomeyni (r.ə) vəfatının 27-ci il dönümü münasibəti ilə Bakıda "İmam Xomeyninin  təfəkküründə sülh" adlı konfrans keçirilib. 
Maide.Az xəbər verir ki,  konfransda İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, Azərbaycanda yaşayan iranlılar və Azərbaycanın elmi, mədəni və ictimai şəxsiyyətləri iştirak ediblər. 
Konfransda çıxış edənlər İmama Xomeyninin   dahi şəxsiyyət olduğunu və təkcə İran xalqı deyil bütün dünya xalqları onun  düşüncələrindən ilham aldığını vurğulayıblar.  
Konfrans iştirakçıları bildiriblər ki,  İmam Xomeyninin düşüncələri tarixdə həmişə yaşayacaq və təkcə keçmiş zamana deyil bütün dövrlər əhatə edir. Onun şəxsiyyəti İslam ümmətinin problemlərinin  həllini düşünən şəxslər üçün ilham verici rol oynayır.   
Konfrans İran Səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə elə o mərkəzin Bakıdakı binasında keçirilib. 
 

Google+ WhatsApp ok.ru