Bakıda `İmam Xomeyninin (r.ə) “İlahi-siyasi vəsiyyətnamə”si və uçuruma yuvarlanan dünya” adlı konfrans keçirilib - FOTO-YENİLƏNİB

Bakıda `İmam Xomeyninin (r.ə) “İlahi-siyasi vəsiyyətnamə”si və uçuruma yuvarlanan dünya” adlı konfrans keçirilib - FOTO-YENİLƏNİB

(Konfransdakı çıxışlar və təfərrüat əlavə olunub ) 
 
Iyunun 3-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Qələm Yazarlar Birliyi"nin təşəbbüsü ilə İslam İnqilabının banisi mərhum İmam Xomeyninin vəfatının 28-ci ildönümü münasibətilə konfrans keçirilib. 
 
Maide.Az xəbər verir ki, “İmam Xomeyninin (r.ə) “İlahi-siyasi vəsiyyətnamə”si və uçuruma yuvarlanan dünya” adı ilə keçirilən konfransda ictimai- siyasi xadimlər, İran səfirliyinin nümayəndələri, mədəni, elmi şəxsiyyətlər və media nümayəndələri iştirak edib.  
 
Tədbir Quran tilavəti ilə başlayıb. Tədbiri giriş sözü ilə "Qələm Yazarlar Birliyi"nin sədri Qurban Cəbrayıl açıb. Daha sonra İmam Xomeynin (r.ə) vəfatı və dəfn mərasimi ilə bağlı videoçarx nümayiş olunub. 
 
Daha sonra tədbir iştirakçıları İmam Xomeynin (r.ə) dini, elmi, ədəbi, irfani və siyasi şəxsiyyəti haqqında çıxış edib. 
 
Qeyd edək ki, 2017-ci il iyunun ayının 4-də İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfatının 28-cı ildönümü günüdür.
 
 
“Qələm” Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl qonaqlara salamladı və müqəddəs mübarək Ramazan ayının gəlişi ilə əlaqədar hər kəsi təbrik etdi. Qurban Cəbrayıl çıxışı zamanı İmam Xomeyni şəxsiyyəti, böyüklüyü və əzəməti barəsində məlumat verdi.
 
Sonra çıxış üçün söz Nardaran Ağsaqqalı Hacıağa Nuriyə verildi. Hacıağa Nuri çıxışı zamanı bildirdi ki, İmam Xomeyni böyük ilahi şəxsiyyət, mərcəyi-təqlid və siyasi xadim kimi Azərbaycan xalqı tərəfindən də sevilir.
Tarixdə bu cür şəxslərin bir neçə əsrdən bir dünyaya gəldiyini söyləyən Hacıağa Nuri qeyd etdi ki, o, şəxsiyyətin məhəbbəti Allah tərəfindən insanların qəlbinə salınıb: “İran xalqı da öz növbəsində böyük sevgi və məhəbbətlə İmamın arxasında duraraq inqilabın qalib gəlməsinə səbəb oldul. İmam Xomeyninin qayıdış və inqilabı ilə müsəlmanlar dünyada izzət və şəxsiyyət tapmış oldu. O, şəxsiyyət öz inqilabı ilə 1400 ildən sonra İmam Əli (ə) dövlətinin bayrağını qaldırdı və İslam aləminin bir çox problemlərinin həllinə nail oldu”.
 
Sonra çıxış edən politoloq Rövşən Novruzoğlu İmam Xomeyni şəxsiyyətinin böyüklüyündən və İran Azərbaycan əlaqələrindən və bu əlaqələrin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, İran və Azərbaycanın kifayət qədər ciddi dini, mənəvi və tarixi ortaq dəyərləri vardır.
 
Bundan sonra çıxış edən VİP sədri Əli Əliyev qeyd etdi ki, İmam Xomeyni böyük islam alimi, tarixi şəxsiyyət olmaqla yanaşı, həm də yüksək səviyyəli diplomat və siyasi xadim olubdur:
“İstər ölkədə olduğu, istərsə də sürgün zamanlarında onun etdiyi və atdığı addımlar tarixi əhəmiyyət kəsb edib. O, İslam yolunda öz övladını qurban verən şəxslərdəndir. Bu yolda hər şeyindən keçməyə hazır idi”. 
 
Tədbirdə iştirak edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev çıxışı zamanı İmam Xomeyni şəxsiyyəti ilə bağlı diqqət çəkən və maraqlı məqamlara toxundu. O, qeyd etdi ki, zaman keçdikcə və dünya inkişaf etdikcə insanlar İmam Xomeyninin şəxsiyyətini daha da yaxından tanımağa başlayır: 
“O cür çətin və ağır şəraitdə, dözülməz şərtlər altında belə bir inqilabı həyata keçirmək hər bir adamın işi deyildi ki, İmam Xomeyni bunu bacardı. İmam Xomeyni kimi insanlar yaşadığı cəmiyyətin içində nəyin ki, öz zamanını, ümumilikdə bütün zamanı əhatə edə bildi. Odur ki, zaman keçdikcə onların qurduqları məktəbin həqiqəti insanlara daha çox aşkarlanır".
 
O, şəxsiyyətin ilk öncə öz yoluna və amalına imanı olduğunu söyləyən Hacı İlham Əliyev, “peyğəmbərcəsinə öz düşündüklərinə və dərk etdiklərinə tam vücudu ilə imanı var idi. Tam bəsirətlə öz yolunda qədəm götürüb ətrafındakıları da əmin etmişdi ki, mütləq qələbə çalacaqlar və sonunda da qələbə çaldılar”  - deyə bildirdi: 
 
“Digər tərəfdən İmam Xomeyni siyasət, elm və ibadət məfhumlarını bir yerdə cəm edə bildi. O, bu addımı ilə dünyaya sübut elədi ki, bir şəxs heç bir siyasi akademiya və təlim görmədən siyasətin ən uca zirvəsinə ucala bilər. Eyni zamanda belə bir məqama ucalmaqla yanaşı, dünyanın ən zahid və təqvalı şəxsi olmağın da mümkünlüyünü o böyük şəxsiyyət dünyaya sübut elədi. Yəni İmam Xomeyni məntiqində Allaha bəndə olmaqla, siyasətçi olmağın heç bir ziddiyyəti yoxdur. O, şəxsiyyətin 22 yaşında qələmə aldığı “40 hədis” adlı irfani və əxlaqi kitabı bu günə qədər böyük ariflərin və alimlərin istinad və istifadə mənbəyidir. Yəni 22 yaşda nə qədər yüksək şəxsiyyətə və ali ruhu kamallara sahib olmalısan ki, belə bir mənəvi və irfani kitab qələmə alasan”.
 
Hacı İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, İmam Xomeyninin müvəffəqiyyətinin əsas səbəblərindən biri də öz ölkəsini və xalqını özünə cəlb etməklə bağlı idi. 
“O, cəmiyyətin içində qalxdı, öz xalqının sözünü dedi və xalqı üçün yaşadı. Heç vaxt siyasi məqam və vəzifə haqqında düşünmədi. İmam Xomeyninin inqilabı insanlıq üçün, peyğəmbərcəsinə həyata keçirilən bir inqilab idi ki, özünü unudaraq bu dəyərlərə tamamilə fəda etmişdir. Hədəf də təkcə nəyin ki, şiələr, ümumilikdə bütün dünya müsəlmanları və dünya insanına nicat vermək idi".
 
O əlavə edib ki, İmam Xomeynin (r.ə) öz dili ilə desək İslam inqilabı nurun partlayışı idi. Biz bu gün bu nurun dünyaya şəfəq saçdığının şahidiyik. Hamını özünə cəlb edib, həm müsəlmanlar və həmdə qeyri-müsəlmanlar İmam Xomeyni (r.ə) əzəmətinin şahididir. 
 
Sonra çıxış üçün söz Azərbycan Milli Elmlər Akademiyasını Ədəbiyyat İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevaya verildi.
 
Sədaət xanım çıxışı zamanı İmam Xomeynin şairliyi və ədəbi şəxsiyyəti haqqında danışdı: “İranda olanda bizi bir şeirlə tanış etmişdilər. Şeir oxunan da ədəbiyyatşünas olaraq düşünmüşdük ki, bu yəqin ki, böyük şair Hafizə məxsusdur. Çünki şeirin bütün üslubu Hafizin dəsti xəttinə uyğun idi. Lakin bizə sonradan bildirdilər ki, bu şeirin müəllif İmam Xomeyni olub. Lakin o dünyasını dəyişdikdən sonra məlum olub ki, həmin şeir ona məxsusdur. Eyni zamanda İmam Xomeyninin “Divanı” şeriyyat və klassik ənənəyə bağlılıq baxımdan çox dəyərlidir”. 
 
Konfransın davamında çıxış edənlər müxtəlif mövzularda İmam Xomeyininin (r.ə) şəxsiyyəti haqqında danışdı. 20-ci əsrdə İmam Xomeynin (r.ə) şəxsiyyətinin bəyan edilməsinin ilahi bir hədiyə olması, İmam Xomeyinin (r.ə) islami oyanış və ədalətin bərpasında rolu, İslam İnqilabı və onun dünyadakı gücü, İmam Xomeyninin (r.ə) müsəlmanların vəhdətində və zülmə qarşı mübarizədə rolu, İmam Xomeyninin (r.ə) ədəbi şəxsiyyəti kimi məsələlər konfransda müzakirə olunan məsələlərdən idi.

Konfransın davamında şairlər İmam Xomeyni (r.ə) və İslam İnqilabı ilə bağlı öz şeirlərini oxudu.

 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru