Bakıda maşın yoldan çıxıb ana və içərisində uşağı olan arabanı vurdu - VİDEO

Bakıda maşın yoldan çıxıb ana və içərisində uşağı olan arabanı vurdu - VİDEO

Bakıda yayda baş vermiş dəhşətli yol qəzasının videosu sosial şəbəkələrdə yayılıb.
 
Avtosfer.az xəbər verir ki, qəza yolayrıcında baş verib. "Qazel" markalı avtomobil sola dönərkən düzünə hərəkət edən "Mercedes" onunla toqquşur. Sonra isə idarəetməni itirərək piyada keçidi ilə yolu keçməyə hazırlaşan şəxsləri vurur. Kişi, qadın və uşaq arabasındakı körpəni vuran avtomobil işıqforu da aşırır. Maşın o qədər sürətlə hərəkət edir ki, yolayrıcında dayanan yol polisi əməkdaşını da vura bilərdi. Polis qəzadan bir anda xilas olur.
 
Səkiyə dəyəndən sonra maşının ön tərəfi qalxır və qadını vuraraq işıqfora çırpır. Əsas zərbə elə qadına dəyir. Kişi və arabadakı uşaq yüngül xəsarət alır. "Mercedes" isə səkidən asılı vəziyyətdə qalır. Yol polisləri dərhal hadisə yerinə qaçaraq yaralılara kömək etməyə çalışırlar.
 
Videodan belə anlaşılır ki, "Qazel" dönmə əməliyyatı zamanı dönmə işıqlarından istifadə etmir. "Mercedes" isə yüksək sürətlə hərəkət etdiyi üçün dayana bilmir və nəticədə ağır qəza baş verir.
 

Google+ WhatsApp ok.ru