Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb.
 
Maide.Az bildirir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SalamNews-a bildirib ki, hadisə səhər saat 08:17 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib.
 
Qatarda qəfil nasazlıq yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarlarda interval uzanıb.
Hazırda nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.
 

Google+ WhatsApp ok.ru