Bakıda möhtəşəm Qədir-Xum bayramı keçirildi - Fotolar

Ötən gün Bakıda möhtəşəm bayram tədbiri baş tutdu.
 
AzadXeber.az-ın əməkdaşının verdiyi məlumata görə, Bakı Əyləncə Mərkəzində Əhlibeyt (ə) Alimlərinin təşkil etdiyi Qədirx-Xum bayramı tədbirində çox sayda inanclı iştirak edib.
 
Bayram tədbiri Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra Əhlibeyt (ə) məddahı Mehdi Dərbəndi mərasimi açıq elan edərək qonaqları salamlayıb. Tədbirdə ölkənin İslam alimləri çıxış edib. Onlar çıxışlarında İmam Əlinin (ə) məqamından, vəhdətdən və İslam dünyasında baş verən problemlərdən danışıblar.
 
Yığıncaqda ilahi nəğmələr səsləndirilib.
 
Qədir-Xum bayramı tədbirinin sonunda "Qardaşlıq əhdi (əqdi) və Fərəc duası oxunub. /

Google+ WhatsApp ok.ru