Bakıdan Ciddəyə  birbaşa uçuşlar təşkil ediləcək

Bakıdan Ciddəyə birbaşa uçuşlar təşkil ediləcək

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılmışdır.
 
Maide.Az bildirir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək.
 
Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır.
 
Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.
 
Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.  
 

Google+ WhatsApp ok.ru