Bakıdan Sankt-Peterburqa yeni aviareys açılır

Bakıdan Sankt-Peterburqa yeni aviareys açılır

Rusiyanın "Nordavia – Regional Hava Yolları" şirkəti iyulun 25-dən Bakı və Sankt-Peterburq arasında birbaşa reys həyata keçirəcək.
 
Bu barədə aviaşirkətin internet səhifəsində bildirilir. 
 
Birtərəfli aviabiletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır. Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri "Boeing 737-700"  təyyarələri ilə yerinə yetiriləcək.  /Report 
 

Google+ WhatsApp ok.ru