Bakıdan Yalta və Samaraya avtobus reyslərinə yenidən start verilir

Bakıdan Yalta və Samaraya avtobus reyslərinə yenidən start verilir

 Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Ukraynanın Yalta və Rusiyanın Samara şəhərlərinə avtobus reyslərinə yenidən start verilr. 
 
Maide.Az bildirir ki, bu barədə "Report"a Kompleksdən bildirilib. 
 
Məlumata görə, Bakı-Yalta reysi hər həftənin bazar ertəsi günü saat 11:00-da, Yalta-Bakı reysi isə hər həftənin şənbə günü yerli vaxtla saat 15:00-da baş tutacaq. Avtobus Kerç, Feodosiya və Simferopol şəhərlərindən keçərək Yaltaya gedəcək. Biletin qiyməti bir istiqamət üzrə 100 manat təşkil edir.
 
Bakı-Samara reysi isə hər həftənin cümə günü saat 11:00-da, Samara-Bakı reysi isə hər həftənin cümə axşamı günü yerli vaxtla saat 12:00-da reallaşdırılacaq. Avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək. Biletin qiyməti bir istiqamət üzrə 90 manatdır. 
 
Sərnişinlər biletləri əvvəlcədən BBAK-ın kassalarından, eləcə də avtovagzal.az və yaxud bbak.az saytlarından onlayn rejimdə əldə edə bilərlər.
 
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə (sənəd təqdim edilməklə) biletin qiymətinin 50%-i ödənilir.
 
Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür.

 

Google+ WhatsApp ok.ru