Bakıda on dörd yaşlı qız özünü 14 mərtəbəli binanın damından atıb

Bakıda dəhşətli intihar hadisəsi baş verib.
 
Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun M. Həmidov küçəsi -196 ünvanında yerləşən 14 mərtəbəli binada qeydə alınıb. 2000-ci il təvəllüdlü Nurşən Ceyhun qızı Abdullayeva özünü 14 mərtəbəli binanın damından atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Google+ WhatsApp ok.ru