Bakıda orta məktəblərin və bağçaların  dezinfeksiyasına başlanılıb

Bakıda orta məktəblərin və bağçaların dezinfeksiyasına başlanılıb

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Bu barədə Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb.

Dezinfeksiya işləri hazırda davam edir. A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır. APA

Google+ WhatsApp ok.ru