Bakıda çoxmərtəbəli binada iki mənzil yanıb

Bakıda çoxmərtəbəli binada iki mənzil yanıb

Bu gün Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə,  digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.
 
Maide.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hər iki mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
Digər bir yanğın hadisəsi səhər saatlarında Hacıqabul rayonu Qarasu kəndində vətəndaşa məxsus ümumi sahəsi 800 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın döşəməsi 3 m2 sahədə və 15 ədəd yataq dəsti qismən yanıb.
 
Maide.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru