Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 14 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 14 nəfər təxliyə edilib

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Google+ WhatsApp ok.ru