Bakıda çoxmərtəbəli binada yanğın olub, 20 nəfər təxliyə olunub

Bakıda çoxmərtəbəli binada yanğın olub, 20 nəfər təxliyə olunub

Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 m² olan mənzildə ev əşyaları 20 m² sahədə yanıb. 
 
Maide.Az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 
 
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Google+ WhatsApp ok.ru